XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

21 Sentyabr 2017 - 14:03

Ankara-Tehran-Bağdad birgə bəyanatla çıxış edib

irak-iran-suriye-turkiye

Türkiyə, İraq və İran xarici işlər nazirləri İraq Kürd Regional Rəhbərliyi (İKRR) referendumdan imtina etmə çağırışını təkrarlayaraq, referendumun kürdlər və İKRR üçün faydalı olmayacağını bildirib.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sesiyası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İraq xarici işlər naziri İbrahim Cəfəri və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında üçtərəfli görüş olub.

Görüşdə Yaxın Şərqdə, Suriyadakı böhran, eyni zamanda İŞİD-ə qarşı birgə mübarizə və İraq kürdlərinin sentyabrın 25-nə planlaşdırdığı refernedum müzakirə olunub. Nazirlər Ankara, Tehran və Bağdadın İKRR referendumuna qarşı tədbirlər görmə məsələsində razılığa gəldiyi də diqqətə çatdırılıb.

Görüşdən sonra birgə bəyanat verilib. Bəyanatda “İclasda üç nazir İraqın ərazi bütövlüyünə və siyasi birliyinə olan güclü bağlılığını təkrar təsdiq ediblər. İŞİD-ə qarşı böyük zəfər sayılan Neynəva vilayətinin xilasından duyduqları məmnuniyyəti dilə gətiriblər. İŞİD-lə mübarizədə İraq xalqının həmrəy olaraq fədakarlıq və əzmkarlıq göstərdiyini qeyd ediblər”, – deyə vurğulanıb.

Gununsesi.info




loading...
Loading...