Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017

11 Yanvar 2017 - 18:57

ANS-in prezidenti də gənc bloggerin müdafiəsinə qalxdı

vahid

Lisenziyası ləğv edilən “ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev də tanınmış blogger mehman hüseynovun müdafiəsinə qalxıb.

Gununsesi.info-nun məlumatına görə  o, özünün “Facebook” səhifəsində bununla bağlı status yazıb.

Tanınmış telejurnalistin statusunu olduğu kimi təqdim edirik:

“Çox təəssüf edirəm ki, bizim, uğrunda vuruşduğumuz doğma Azərbaycanımızda Mehman Hüseynovun başına gələn hadisə yer alıb.
Adam itir, sonra tapılır… Mən Mehman Hüseynovu şəxsən tanımasam da, sosial şəbəkədən onun “Rembo” və ya “Komandos” olmadığının şahidi oldum. Axı niyə bu gəncə qarşı səkkiz nəfər maskalı adam əməliyyat aparmalı idi, niyə bunu şəffaf şəkildə yaxınlaşıb, vəsiqə təqdim edərək bölməyə dəvət etmək olmazdı…
Ola bilər ki, kimsə nəyisə anlamasın… Bunun üçün hər bir sivil cəmiyyətdə olduğu kimi, bizim Azərbaycanda da ziyalılarımız və aydınlarımız var, həmin hadisədə iştirak edənlərin müəllimləri və valideynləri var.
Yadımdadır, dostum Mir Şahin 1992-ci ildə ANS-in proqramlarının birində liftə minməyə tələsənlərə bir sual vermişdi: “Cənablar, deməzsiniz, bu lift yuxarı gedir, ya aşağı?”. Elə-belə yadıma düşdü…”.

Gununsesi.info





loading...