Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

13 Noyabr 2017 - 15:56

Aparıcı ekstrasens Zirəddin Rzayevi studiyadan qovub- VİDEO

Rusiyada yayımlanan “Ekstrasenslərin döyüşü” müsabiqəsinin finalçısı Zirəddin Rzayevin iştirakı ilə növbəti qalmaqal yaşanıb.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya İctimai Televiziyasında (ORT) aparıcılar Aleksandr Qordon və Yuliya Baranovskaya tərəfindən təqdim edilən “Kişi/Qadın” şousunun çəkilişinə dəvət olunan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev verilişdən yarımçıq çıxarılıb.

Məlumata görə, verilişdə əsas diqqət özlərini ekstrasens kimi qələmə verən şəxslərin fırıldaqlarına, insanlardan pul qoparmalarına yönəldilib.

Yaxın günlərdə ORT-də yayımlanacaq verilişin çəkilişi zamanı aparıcı Qordonla Zirəddin Rzayev arasında qalmaqal yaranıb və nəticədə, ekstrasensi studiyadan qovublar.

Bu barədə danışan Rzayevsə bildirib ki, çəkilişdəki müzakirələr zamanı səslənən fikirlərin ciddi şəkildə “qayçılanacağından” şübhələnir.

Ona görə də çəkilişdə nələrin baş verdiyini hazırlayaraq, YouTube-da yayımlayan ekstrasens videomaterialda tamaşaçıya həqiqətləri izah etməyə çalışıb.

Gununsesi.info