Araz Ağalarovdan oğluna qeyri-adi hədiyyə - VİDEO

  • By admin
  • 14 Dekabr 2017 15:18

Müğənni-bəstəkar Emin Ağalarov ad günündə gözlənilməz hədiyyə alıb.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, müğənninin atası, iş adamı Araz Ağalarov oğlu üçün komik obrazda klipə çəkilib.

Klipi Eminin dostu Timur Cəfərov hazırlayıb. “Still” adlı mahnıya çəkilən klipi ifaçı möhtəşəm adlandırıb və atasından belə bir sürprizi gözləmədiyini deyib:

“Ad günümə ən gözlənilməz və qeyri-adi hədiyyə oldu. Heç gözləmirdim. Gözlərimdən yaş çıxanadək güldüm. Baş rolda Araz Ağalarov. Hələ də başa düşmürəm, ata, sən çəkilməyə necə razılıq verdin?”.

Qeyd edək ki, Eminin 38 yaşı tamam olub.

Gununsesi.info