Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017

15 Sentyabr 2017 - 14:20

“Arif Əsgərovun oğlunun tapşırığı ilə Moskvaya getdim…”

arif

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Gununsesi.info-nun məlumatına görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə baxış iclası keçirilib.

Şahid qismində ifadə verən Elşad Yusifov  deyib ki, Arif Əsgərovun oğlu Elnarın tapşırığı ilə Moskvaya gedib: “Mən Emil Hüseynovla bir yerdə getdim, Elnar müəllim ikimizi də göndərmişdi. Orada Səbuhi adla şəxslə görüşdük, işlə bağlı danışdıq. Səbuhinin Elnara külli miqdarda borcu olduğunu da sonradan bildim”.

Digər şahid Elmar Qasımov deyib ki, qayınatasına 27 min borc pul verib: “Qayınatam Namiq dedi ki, pulu Emil Hüseynova verib, iş gördükdən sonra qaytaracaqdı”.

Məhkəmə prosesi sentyabrın 22-də davam etdiriləcək.

Məlum olub ki, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

E.Hüseynov istintaq dövründə ev dustaqlığındadır. O, özünü qismən təqsirli bildiyini deyib.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur.

Gununsesi.info





loading...