Arif Əsgərovun qohumu məhkəmə zalında həbs olundu - 9 İL

  • By admin
  • 23 Fevral 2018 10:42

2017-ci ilin fevralında Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilənə  qədər nazir müavini, ondan əvvəl isə (2004-2015) “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri olmuş Arif Əsgərovun baldızı oğlu Emil Hüseynova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Gununsesi.info xəbər verir ki, sabiq nazir müavininin qohumuna 9 il həbs cəzası verilib. O, məhkəmə zalında həbs olunub.

E.Hüseynov bir neçə milyonluq dələduzluqda təqsirləndirilir. O, biznes qurmaq adı ilə müxtəlif şəxslərdən pul alıb qaytarmamaqda ittiham edilir.

Bu cinayət işində sabiq nazir müavininin öz oğlu Elnar Əsgərovun da adı hallanır. Zərərçəkmişlərin bir neçəsi pullarının alınıb qaytarılmamasına görə onu günahlandırır. Pulu birbaşa ona verdiyini deyənlər də var. Bu səbəbdən Elnar Əsgərovu bir neçə dəfə istintaqda dindiriblər, həmçinin məhkəmədə də ifadə verib.

Gülər

Gununsesi.info