Arif Hacılı özünə yeni müavin təyin edib

  • By admin
  • 12 Dekabr 2017 16:16

Müsavat başqanı Arif Hacılının sərəncamı ilə Divan üzvü Razim Əmiraslanlı başqanın müavini vəzifəsinə təyin olunub. 

Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, bu haqda partiyanın mətbuat xidmətindən bildirilib.

Razim Əmiraslanlı 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. İxtisasca hüquqşünasdır.

2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2011-2015-ci illərdə Müsavat Partiyası Səbail rayon təşkilatının sədri olub. 2013-cü ildən partiyanın təşkilat şöbəsinin müdiri, 2014-cü ildən Divan üzvüdür.

Gununsesi.info