Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

21 Oktyabr 2017 - 21:19

Arvadına uşağının gözü qarşısında 8 zərbə vurub –Təfərrüat + Yenilənib

bicaq
Tərtər rayon sakini həyat yoldaşını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib və nəticədə o, hadisə yerində ölüb.

E.Hüseynov könüllü Tərtər RPŞ-yə gələrək istintaqa təslim olub.

Faktla əlaqədar cinayət işi başlanıb.

***

Tərtər rayonunda ərin öz həyat yoldaşını qətlə yetirməsinin təfərrüatı məlum olub.

qətlə yetirilən Rufanə Cəfərlinin atası Müzəffər Cəfərov “Report”a bildirib ki, qızı 1993-cü il təvvəlüdlü R.Cəfərli həyat yoldaşı Emin Hüseynovla Bakıda universitetdə təhsil alarkən tanış olublar.

Onun sözlərinə görə, qızı 3 il əvvəl ailə qurub və Bakıda yaşayıb:

“Qızımla həyat yoldaşı Emin Hüseynov arasında dəfələrlə münaqişə olub. Bu səbəbdən qızım azyaşlı övladını da götürüb bir neçə ay əvvəl bizə gəlmişdi. Bu müddət ərzində həyat yoldaşının təhqirlərinə məruz qalıb. İki ay əvvəl həyat yoldaşı evimizə silahlı basqın da edib”.

M.Cəfərov bildirib ki, E.Hüseynov oktyabrın 20-də saat 10-11 radələrində 3 nəfərlə kəndə gələrək həyat yoldaşını və övladını evinə aparmaq istəyib:
“Qızı Rufanə buna qarşı çıxıb. Emin cibindən bıçaq çıxararaq Rufanəyə azyaşlı oğlu Mehman Hüseynov və anası Vəsilə Əliyevanın gözləri qarşısında 8 bıçaq zərbəsi vurub. Qızım hadisə yerində ölüb”.

 

Gununsesi.info