Arvadına və qaynanasına bıçaqla xəsarət yetirən şəxs polisə təslim olub

  • By admin
  • 18 Avqust 2017 12:52

hebs3fe26ab0

Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə,avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib. Sonra o, könüllü olaraq Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.

Anar

Gununsesi.info