Arvadını və baldızı qızını qantellə öldürdü - QƏTLİ TÖRƏDƏN ŞƏXS “N brothers” QRUPUNUN ÜZVÜNÜN ATASIDIR - YENİLƏNİB

  • By admin
  • 25 Mart 2017 13:35

n-brrotes

Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.

Gununsesi.info bildirir ki, Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.

Q. Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisəni törədən Q. Hüseynov saxlanılıb.

Gununsesi.info-nun “Qafqazinfo”-ya istinadən məlumatına görə isə qətli törədən Hüseynov Qurban İsmayıl oğlu “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

Gununsesi.info