Arvadını və körpəsini öldürən şəxs tutuldu

  • By admin
  • 22 İyun 2017 13:36

qandal

Arvadını və 40 günlük qızını küt alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində kənd sakini Kamilə Məmmədovanın və 40 günlük qızının küt alətlə qətlə yetirilən meyitləri evlərində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın əri, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.

Anar

Gununsesi.info