“AŞ Azərbaycanı bu qurumdan çıxarmadan özümüz çıxmalıyıq” - DEPUTAT

  • By admin
  • 20 Oktyabr 2017 13:06

millimeclis-2015_40

Azərbaycan parlamentinin mövqeyi Avropa Şurası rəhbərliyinə çatdırılmalıdır.

Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasının sessiyasında deyib.

Onun sözlərinə görə, Milli Məclisdə müzakirələr zamanı səslənən fikirlər və çıxışlar ümumiləşdirilərək, bir sənəd formasında Azərbaycan parlamentinin mövqeyi kimi Avropa Şurası və AŞPA rəhbərliyinə çatdırılmalıdır.

Müzakirələrdə çıxış edən millət vəkili Tahir Kərimli isə deyib ki, AŞ Azərbaycanı bu qurumdan çıxarmadan özümüz çıxmalıyıq: “Onsuz da Azərbaycan bu quruma üzv olarkən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, AŞ Azərbaycanın Qarabağ problemi və digər məsələlərlə bağlı hər hansı ciddi addım atmayıb. Əksinə xristian təəssübkeşliyi mövqeyindən çıxış edərək Ermənistanı dəstəkləyib”.

Deputat Zahid Oruc isə bildirib ki, AŞ Azərbaycana təzyiq edib Azərbaycanı hansısa ölkələrə qarşı mübarizədə istifadə etmək istəyir.

Mürtəza

Gununsesi.info