ASAN ödəniş terminalları niyə işləmir?

  • By admin
  • 17 Oktyabr 2017 17:32

asanodenish

ASAN Xidmət mərkəzlərində və Baş Dövlət Yol Polisi İdarəsinin şöbələrində qoyulmuş ASAN ödəniş terminalları bir neçə gündür ki, çalışmır. Bu barədə Gununsesi.info-ya bir qrup vətəndaşın yazdığı məlumatda bildirilir. Məlumata görə, Yol polisinin tətbiq etdiyi cərimələri ödəmək məqsədiylə ASAN ödəniş terminallarına müraciət edərkən monitorda “Xidmət müvəqqəti olaraq işləmir” cavabı çıxır.

Sürücülər bildirib ki, poçt və banklarda növbələrin uzun olması səbəbindən indiyədək cərimələri bu terminallardan asanlıqla ödəyiblər. Artıq bir neçə gündür ki, bu terminallar da xidmət göstərmir.

ASAN Xidmətdən problemin səbəbi ilə bağlı  münasibət öyrənmək istəsək də bu istəyimiz baş tutmadı.

as-od

Gununsesi.info