Bir çox asiyalı qadın yaşından çox gənc görünür. Hətta 40 yaşında olub 20 yaşda görünənlər var.
Bir çoxları bunu təbiətin Asiya qadınlarına verdiyi hədiyyə hesab etsə də, əslində, onlar kimi gənc və gözəl görünmək hamımız üçün əlçatandır.
Gununsesi.info “Bright Side”-a istinadən asiyalı qadınların gənclik və gözəllik sirlərini oxucularına təqdim edir.
4-2-4 metodu
Bu metoddan asiyalı qadınların əksəriyyəti istifadə edir. 4-2-4, yəni 4 dəqiqə ərzində üzə hidrofilik (molekul) yağ çəkib 2 dəqiqə ərzində onu üzdən təmizləyib, 4 dəqiqə ərzində üzü su ilə yumaq. Bu proses ikimərhələli həyata keçirilir.
Konja süngəri
Asiyalı qadınlar cildi təmiz yumaq üçün konja süngərindən istifadə edirlər. Bu süngər konja bitkisinin kökündən hazırlanır. İstifadə etməzdən öncə yumşalması üçün ilıq suya qoymaq lazımdır.
Həftədə bir dəfə serum, məlhəm və cövhərlərdən ibarət qarışım
Asiyalı qadınların üz baxımı üçün istifadə etdiyi məhsulların sayı 17-yə yaxındır. Gözəllik məhsullarından bu cür istifadə etmək lazımdır: əvvəlcə nazik təbəqə yaradan məhlul, daha sonra qatı, sonra daha qatı və s. Ən sonda isə çox qatı olan krem və məlhəmlər üzə çəkilir.
Günəşdən qorunmaq
Fikir vermisinizsə, yapon qadınlar günəşsiz havalarda belə tünd şüşəli eynək və çətirlərdən istifadə edirlər. Bu, günəşin təsirindən qorunmaq üçündür. Çünki günəş şüası dərini tez qocaldır.
Düyü suyu
Asiyalı qadınlar üz və saç baxımlarında düyü suyundan istifadə edirlər. Bu, uzun əsrlərdən dövrümüzə gəlib çıxmış qədim metoddur. Düyü suyu dərini yumşaldır, saçların tökülməsinin qarşısını alır.
Yaşıl çay və nanə
Düzənli olaraq yaşıl çay və nanədən istifadə dərini sağlam və parlaq edir.
Gununsesi.info