AŞPA-da Azərbaycanla bağlı müzakirələr keçiriləcək

  • By admin
  • 10 Oktyabr 2017 16:12

aspa

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanla bağlı iki hesabat üzrə hazırlanmış qətnamələr müzakirə olunacaq.

“Azərbaycanda Demokratik Qurumların Fəaliyyəti” adlı hesabat, çərşənbə günü səhər iclasında müzakirə ediləcək. Bundan dərhal sonra, Azərbaycanda insan haqlarının vəziyyətinə dair başqa bir hesabat müzakirə üçün təqdim ediləcək.

Bundan başqa, payız sessiyasından əvvəl AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi və AŞPA-nın prezidenti Pedro Agramunt, vəzifəsindən istefa verdiyi üçün qurumda yeni prezidentin seçilməsi üçün səsvermə keçiriləcək.

Gununsesi.info