Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

12 Oktyabr 2017 - 13:00

“AŞPA-nın qətnaməsi Azərbaycana qarşı informasiya müharibəsi aparan qüvvələrin fəaliyyətinin nəticəsidir”- DEPUTAT
aspa
Avropa Şurası Parlament Assambleyasının  payız sessiyası çərçivəsində oktyabrın 11-də keçirilən  iclasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar”  adlı iki  məruzə dinlənilib və yekun olaraq Azərbaycanla bağlı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi represiyalar və təqiblər, o cümlədən ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının kritik durumu, ölkədə Avropa standartlarına uyğun məhkəmə-hüquq sisteminin olmadığını, siyasi motivli həbslərin davam etdiyini və Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icar olunmadığı əksini tapıb. Sənəddə eyni zamanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və siyasi fəalların üzərində təqiblərin olduğu xüsusi olaraq qeyd edilir.
asim_mollazdaertyui67bbrussel-300x222
Məsələ ilə bağlı Gununsesi.infoya mövqeyini bildirən  millət vəkili Asim Mollazadə bildirib ki, AŞPA-nın qəbul etdiyi qətnaməni Azərbaycana qarşı  informasiya müharibəsi aparan qüvvələrin fəaliyyətinin nəticəsi hesab edir:
“Bu qətnamə bir daha sübut edir ki, bu qüvvələrin məqsədi Azərbaycanla Avropa strukturları arasındakı münasibətə xələl gətirməkdir. Bununla yanaşı bütün dünyaya yalan məlumat yaymaqla, guya Azərbaycanda insan hüquqlarının pozulmasını əsas götürərək Qarabağ ermənilərinin Azərbaycan tərkibində yaşamamasını isbatlamaqdır. Guya Azərbaycan insan haqları pozulduğundan ermənilər Azərbaycan tərkibində yaşaya bilməz”.  
Millət vəkili hesab edir ki, Azərbaycana qarşı aparılan bu informasiya müharibəsini döyüş meydanında aparılan müharibə kimi dəyərləndirir, bu informasiya müharibəsinə  əks hücumla ciddi həmləyə keçməliyik.
“Azərbaycana qarşı yönələn bu addımların qarşısını almaq üçün bütün qüvvələr səfərbər olmalıdır”- deyə, A.Mollazadə  bildirib.
Deputat eyni zamanda bunu, anti-Azərbaycan qüvvələrin bu hərəkətlərini noyabrda Azərbaycanla Avropa İttifaqı arasında  imzalanacaq sazişin qarşısını almağa yönəlik addım hesab edib.
Millət vəkili Aydın Hüseynov isə Gununsesi.info-ya açıqlamasında deyib ki, AŞPA belə bir qətnamə qəbul etməklə özünün ikili stnadart yürütdüyünü sübut etmiş oldu.
“Bu qətnamə ancaq və ancaq AŞPA kimi mötəbər bir qurumun imicinə  xələl gətirən bir qərardır. Çünki qətnamədə əksini tapan məsələlər  heç bir reallığa əsaslanmayan, həqiqəti özündə ehtiva etməyən məsələlərdir. Bu sənəd erməni lobbisinin və diasporasının əlində alət olan şəxslərin subyektiv fikri əsasında hazırlanan sənəddir. Ona görə də bu sənəd ədalətdən uzaq bir sənəddir”- deyə, millət vəkili vurğulayıb.
aydin
A.Hüseynov əlavə edib ki, AŞPA rəhbərliyi Azərbaycanda gedən prosesləri yaxşı yaşı bilir:
“Onlar  yaxşı bilirlər ki,  Azərbaycan bu gün demokratik dəyərlərə və prinsiplərə sadiq qalaraq,  bütün sahədəki fəaliyyətində qanunun aliliyini üstün tutaraq  humanist prinsiplərə əsaslanaraq fəaliyyət göstərir. Sadəcə Azərbaycanın müstəqil siyasət yürütməsi, qısa zaman ərzində böyük uğurlar əldə etməsi, hakimiyyət xalq arasındakı həmrəylik və qarşılıqlı etimada əsaslanan fəaliyyət  bəzi qüvvələr tərəfindən həzm edilmir. Bu da onlarda qısqanclıq yartatdığından Azərbaycana qarşı belə ədalətsiz mövqe sərgiləməyə vadar edir”.
 Millət vəkili deyib ki, bütün bunlara rəğmən, kimin ölkəmizə qarşı hansı mövqe  sərgiləməsindən asılı olmayaraq Azərbaycana  yürütdüyü  milli maraqlara əsaslanan müstəqil siyasətdən  geri çəkilməyəcək.
“Azərbaycan bundan sonra da  demokratik prinsiplərə söykənərək, qanun aliliyini əsas götürərək, yolunu davam etdirəcək” deyə, o, bildirib.
Sonda deputat A. Hüseynov bildirib ki, erməni lobbisinin əsas fəaliyyəti  guya Qarabağda yaşayan ermənilərin Azərbaycan tərkibində yaşaya bilməməsini isbatlamaqdır.
“Ancaq onlar bu niyyətlərinə nail ola bilməyəcəklər. Azərbaycan dünyada öz haqlı mövqeyini sübut edəcək və  Azərbaycanın torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək.  Ermənilərin işğal etdiyi topraqları işğal altından azad edəcək”.
Mürtəza Bünyadlı
Gununsesi.info




loading...