XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

12 Oktyabr 2017 - 11:14

Astara-Astara dəmir yolu üzrə ilk yük qatarının yola salınacağı tarix açıqlandı

cbc8e0cd-5bf8-4d4f-811b-8a29da6d19c2_292

Bu ilin noyabr ayında Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttində yük qatarlarının hərəkətə başlaması nəzərdə tutulub. 

Gununsesi.info-nun məlumatına görə, bunu Bakıda keçirilən “Argus” beynəlxalq neft sammitində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Regionda daha bir önəmli beynəlxalq layihələr Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləridir. Hazırda “İran Dəmir Yolları” ilə Astara-Astara dəmir yolunun inşası reallaşdırılır. Burada işlərin yaxın vaxtlarda bitməsi planlaşdırılır. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb. Astara çayı üzərindən dəmir yolu körpüsü hazırdır”, – deyə C.Qurbanov qeyd edib.

Gununsesi.info




loading...
Loading...