“Astara-Astara” dəmiryolu 6 aydan sonra istifadəyə veriləcək

  • By admin
  • 24 Avqust 2017 09:58

04-sj-astara-105-ab-2

“Astara (Azərbaycan) və Astara (İran)” dəmir yolu altı aydan sonra istifadəyə veriləcək.

Gununsesi.info İranın “Financial Tribune” saytına istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının dəmiryolu rəhbərinin müavini Nurullah Biranvand deyib.

Onun sözlərinə görə, ilk yük çoxfunksiyalı nəqliyyat vasitəsilə daşınacaq.

Gununsesi.info