Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

24 Fevral 2018
23 Fevral 2018

13 Fevral 2018 - 16:52

Astarada qəribə qəza- AVTOMOBİL PARÇALANDI (VİDEO)

Astaranın Vaqo kəndi ərazisində “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması yol nəqliyyat hadisəsinə səbəb olub.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, nəticədə 3 nəfər ağır xəsarət alıb.

Onlardan biri- kənd sakini, 54 yaşlı Cabbar Nəsirov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Digər yaralı “VAZ 2106” markalı avtomobilin sürücüsü Rasim Məmmədov isə xəstəxanada vəfat edib. Abbas Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir.

Dünyasını dəyişən Cabbar Nəsirov və Rasim Məmmədovun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info