“Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq” - MÜBARİZ QURBANLI

  • By admin
  • 22 Sentyabr 2017 11:42

asura

Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası var: “Fətva kütləvi informasiya vasitələrində yayılıb. Fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək və Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq”.

O bildirib ki, Komitənin yerlərdə şöbələri var: “Məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk və bu monitorinqlər Aşura zamanı da davam edəcək. Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsini yoxlamaqdır”.

Gununsesi.info