Ata-ana 10 yaşlı qızlarını fahişəliyə vadar etdi

  • By admin
  • 20 Fevral 2018 13:10
İtaliyada Siciliya polisi 10 yaşlı qızın valideynlərini onu fahişəliyə məcbur etdiklərinə görə həbs edib.
Gununsesi.info xəbər veriri ki, bu haqda moderator.az bu haqda İsrail mediasına istinadən bildirib. Polis həmçinin uşaqla  cinsi əlaqədə olan iki kişini də yaxalayıb.  İstintaq ötən yaydan başlanıb. Trappeto şəhərinin karabinerləri yol kənarında saxlanılmış  bir avtomobildəki  yaşlı kişi və 10 yaşlı qızı görərək şübhələniblər. Kişinin azyaşlı qızla əlaqədə olduğu müəyyən edilib.  İstintaq uşağın 61 yaşlı kənd təsərrüfatı işçisi və 78 yaşlı təqaüdçü ilə dəfələrlə cinsi əlaqəyə girməsi barədə faktlar ortaya qoyub. Şübhəlilər onunla  əlaqəyə görə qızın valideynlərinə pul ödəyirmiş. Qeyd edilir ki, görüşləri qızın anası təşkil edirmiş. Namussuz ananın övladını 9 -25 avroya satdığı bəlli olub. Onun bəzi hallarda  özünün də qızının yanında kişilərlə cinsi əlaqəyə girdiyi  bilinib.
Qızın biqeyrət atası baş verənləri bilsə də, valideyn borcunu dərk etməyərək bu rəzalətin qarşısını almayıb və polisə cinayət barədə xəbər verməyib.
10 yaşlı qızın ata-anası da daxil olmaqla 4 şübhəli ev dustaqlığına məhkum edilib.
Gununsesi.info