XƏBƏR LENTİ

19 Fevral 2018
18 Fevral 2018

20 Oktyabr 2017 - 15:36

Aviaşirkətə qarşı sərt ittiham- "STÜARDESSALARLA FAHİŞƏ KİMİ RƏFTAR EDİRLƏR"

stuardessa

10 ildən çox Britaniya aviaşirkətlərindən birində çalışan stüardessa şirkətə qarşı sərt ittihamla çıxış edib.

Gununsesi.info publika.az-a istinadən bildirir ki, nüfuzlu “The Sun” nəşri stüardessanın açıqlamalarını dərc edib.

Şirkətin adı müəyyən səbəblərdən açıqlanmasa da, mətbu orqan qeyd edib ki, məsələni diqqətdə saxlayacaq.

Bütün baş verənlərə görə, işdən çıxan stüardessa bu biznesdə hökm sürən hadisələri dəhşətlə yada salır: “Sərnişinlər, uçuşda tez-tez bələdçilərə intimə görə pul ödəyirlər. Bunu xüsusilə birincini biznes-klasın sərnişinləri edir. Belə ki, keçən il 2 qız sərnişinlərlə cinsi əlaqədə olaraq xeyli pul qazanmışdı. Stüardessalarla fahişə kimi rəftar edirlər. Görünür, onlar da bundan məmnundurlar”, – deyə o bildirib.

Gununsesi.info