“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək

  • By admin
  • 18 Noyabr 2017 12:30
Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün sabah Belçikanın paytaxtı Brüsselə yola düşəcəklər.

Gununsesi.info-nun məlumatına görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.

Forumda Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, həlli istiqamətində Ermənistanın törətdiyi maneələr barədə məlumat veriləcək, Xocalı soyqırımının tanıdılmasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq.

Deputatların səfəri noyabrın 21-də başa çatacaq.

Gununsesi.info