XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

21 Sentyabr 2017 - 15:50

Avropa Birliyi ilə ABŞ-ın İran məsələsində fikir ayrılığı Yaxın Şərqə nə vəd edir?- MÜRTƏZA BÜNYADLI

murteza

Yaxın Şərqdə baş verən son proseslər fonunda Tehranın revanş götürməsində narahatlıq keçirən ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalar tətbiq edilməsi üçün ilk olaraq İranın nüvə proqramı ilə bağlı imzalanan sazişin ləğv olunmasını təkidlə tələb edir. Ancaq bu məsələdə Ağ Evlə sazişi imzalayan digər tərəf olan Avropa Birliyi arasında ciddi fikir ayrılığı yaranıb. ABŞ-ın hazırkı hakimiyyəti İranla nüvə proqramı sazişinin ləğvi ilə bağlı mövqeyini dəstəkləməyə təkid etsə də, avropalı müttəfiqləri buna razılıq vermir. Ağ Ev bu məsələdə avropalı müttəfiqlərindən nəinki dəstək ala bilmir, əksinə Avropa Birliyi qətiyyətlə bu sazişin ləğvinə qarşı çıxır və İranla münasibətləri daha yüksək səviyyə qaldırılmasını istəyirlər. Yaranmış durum isə Donald Tramp administrasiyasını çıxılmaz vəziyyətə salır. Və Tramp hakimiyyətini bu məsələdə təkbaşına addım atmaq zorunda buraxır.

Elə sentyabrın 20-də Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini BMT Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərə açıqlamsında Avropa Birliyinin İranla imzalanan nüvə sazişinin ləğv olunnmasının əleyhinə çıxaraq, adıçəkilən sazişin qüvvədə qalması üçün maksimal səylərini göstərəcəyini dilə gətirib: “AB təmsilçisi olaraq bircə onu deyə bilərəm ki, biz avropalılar bu sazişin qüvvədə qalması üçün əlimizdən gələni edəcəyik”.

F.Moqerini onu da əlavə edib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələrin XİN başçılarının görüşü keçirilib və bu görüş iki saata yaxın çəkib.

Ağ Ev isə bu məsələdə israrlıdır və necə olur-olsun İranla imzalanan sazişin qüvvədən düşməsinə və Tehrana qarşı sanksiyaların qəbul edilməsinə çalışır. Məhz buna görə də Trampın oktyabrın 15-də amerikalı qanunvericilər üçün 60 günlük “pəncərə” barədə qərar verəcəyi gözlənilir. Bu müddət ərzində amiraklı qanunvericilərin İranla imzalanan sazişin qüvvədən düşməsi və yeni sanksiyaların qəbul edilməsi ilə bağlı təkliflərə baxılacaq. Sentyabrın 20-də jurnalistlərə açıqlama verən Tramp artıq belə bir qərar qəbul edəcəyini dilə gətirib. ABŞ dövlət katibi Reks Tillerson isə dövlət başçısının komandası ilə belə bir qərarı müzakirə etmədiyini bildirib. Baxmayaraq ki, Tillerson İranı Yaxın Şərdə böyük təhlükə mənbəyi adlandırıb.

Burada onu da qeyd etmək lazımdır ki, İranla sazişin ləğvini Amerika müxalif qüvvələri, daha doğrusu demokratlar da istəmir və bunun əleyihinə çıxırlar. Bu məsələlədə Tramp hakimiyyətinə yeganə dəstək verən qüvvə İsrail və Səudiyyə Ərəbistanıdır.

ABŞ-ın İrana qarşı sanksiyaları gündəmə gətirməsi isə Yaxın Şərqdə baş verən proseslərdə yeni mərhələdə İranın revanışının qarşısını almağa xidmət edir. Çünki İŞİD terrorçu təşkilatının bölgədən silinməsi ilə İran bölgədə aktivləşərək yeni revanş əldə edir. Bu isə nə Ağ Evin, nə dəki bölgədə İsrailin, bir çox digər ərəb ölkələrinin marağına uyğun deyil. Ağ Ev yaxşı anlayır ki, İŞİD-in likvidasiyasından sonra Tehranın bölgədəki reavanşının qarşısını almaq elə də asan olmayacaq. ABŞ eyni zamanda onu da anlayır ki, İraq kürdlərinin referendumu İranın nə qədər ziyanına olsa da, Tehranın İraq kürdləri ilə bazarlığa gedib, hansısa qazanclar əldə edəcək. Bunu nəzərə alan Ağ Ev son günlərdə ərəb ölkələri arasındakı ixtilafın tezliklə həll olunmasına çalışır. Ona görə də Ağ Evin təkidindən sonra bir sıra ərəb ölkələrinin Qətərə qarşı tətbiq etdikləri sanksiyalar aradan qaldırılıb. Böhranın siyasi dialoq yolu ilə həll olunması qərara alınıb.

Onu da unutmaq lazım deyil ki, son dövrlərdə İŞİD-ə qarşı həyata keçirlən hərbi əməliyyatlarda daha aktivlik nümayiş etdirən İrandır və onun İraqda dəstəklədiyi Həşdi əş Şaab şiə həri qüvvələridir. İran qısa zamanda İŞİD cəbhəsini yararaq Suriya ilə İran arasında şiə dəhlizini yaratmağa çalışır. O baxımdan İran iki istiqamətdə, həm şimal-qərb Suriyanın Deyr əz-Zor əyaləti, həm də cənub-şərq Mosul, Kərkük, Telafer istiqamətindən İŞİD terrorçularına qarşı aktiv əməliyyatlar həyata keçirilməsinə hər cür dəstək verməkdədir.

Tehranın Suriya-İran arasında şiə dəhlizi yaratması isə bölgədəki digər ölkələrin, xüsusən də İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misirin maraqlarına qətiyyən cavab vermir. Ona görə də bu proseslərdən ən çox əndişələnən bu ölkələrdir. Adıçəkilən ölkələrdə İranı Ağ Ev vasitəsi ilə durdurmaq və revanşının qarşısını almağa çalışırlar.

İranın şiə dəhlisinin yaratmaq niyyəti ilə bağlı İsrailin müdafiə naziri Aviqdor Liberman bu günlərdə öz facebook səhifəsində narahatlıq keçirdiyini, bunu İsrailin təhlükəsizliyinə təhlükə hesab edərək, belə bir dəhlizin yaradılmasına hər vəchlə mane olacağını bəyan edib. İsrailin baş naziri Netanyahu da İranın bölgədəki revanşdan narahatlığını dilə gətirib. Bununla belə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir və digər ölkələr də İranın bu revanşından ciddi əndişələnirlər. Bu revanşın alınması üçün İrana sanksiyaların tətbiq edilməsini və bu yolla Tehranı geri çəkilməyə vadar etməyi düşünürlər. ABŞ prezidenti Donald Trampın bütün səylərinə baxmayaraq, hələ də ortada ciddi nəticə və yekdil bir mövqe yoxdur. Avropa Birliyinin isə bu məsələdə Ağ Evi dəstəkləyəcəyi indiki mərhələdə o qədər də inandırıcı görünmür.

Zaman isə gedir… Odur ki, ABŞ müttəfiqləri tərəfindən belə bir dəstəyi almaması bölgədə böhranın daha da dərinləşməsinə və yeni xaosun, müharibələrə yol aşacağına şərait yaradacaq. Elə İraq kürdlərinin sentyabrın 25-nı planlaşdırdığı referendum da bu məqsədlərə xidmət edəcək.

Mürtəza  Bünyadlı

Gununsesi.info




loading...
Loading...