Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

17 Noyabr 2017 - 12:57

“Avropa Birliyi müstəqil təşkilat deyil”- MƏLAHƏT İBRAHİMQIZI

“Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli hücuma keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan tədbirdə də bunu qeyd etdi”. 

Gununsesi.info  xəbər verir ki, bu fikirləri bunu Milli Məclis bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputatın sözlərinə görə, Avropa Parlamentinin son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb: “Hansı ki, Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torplaqlardan qeyd şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Birliyi müstəqil təşkilat deyil və Azərbaycana qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu ölkəmizə qəzərli mövqeli nümayişdir”.

Deputat çıxışı zamanı Milli Məclisin sədrindən AVRONEST PA nümayəndə heyəti adından Avropa Parlamentinə müraciət hazırlanmasını xahiş edib.

Qeyd edək ki, noyabrın 15-də Avropa parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qtnamə qəbul edilib. Qətnamədə erməni lobbisinin təkidi ilə Dağlıq Qarabağın öz müqəddaəratını təyin etməsi məsələsi öz əksini tapıb.

Mürtəza

Gununsesi.info





loading...