Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

21 Sentyabr 2017 - 15:02

Avropa İnsan Hüquqları Məhkəməsi dindarlara işgəncə faktını araşdırır- NAZİRLİK İSƏ SUSUR

SAQQAL

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ildə Zaqatalada saqqalı zorla polislər tərəfindən qırxıldığı deyilən 4 dindarın şikayəti üzrə kommunikasiya başlaması barədə sentyabrın 20-də Gununsesi.info-da “Saqqalı qırxılan dindarların işi üzrə kommunikasiya başlayıb – AVROPA MƏHKƏMƏSİ İŞGƏNCƏ FAKTINI ARAŞDIRIR” başlıqlı yazı dərc edilib.

Həmin yazıda bildirilir ki, sözügedən dindarlar şəxsiyyət vəsiqəsi almaq üçün yerli polis qurumuna müraciət ediblər. Lakin saqqallı halda şəkil çəkdirərək vəsiqə verilməsindən imtina olunub. Eyni zamanda polis bölməsində onların saqqalları zorla qırxılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək istədikdə, qurumun mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Gununsesi.info-ya bildirib ki, saytımızda dərc olunan “Saqqalı qırxılan dindarların işi üzrə kommunikasiya başlayıb – AVROPA MƏHKƏMƏSİ İŞGƏNCƏ FAKTINI ARAŞDIRIR” başlıqlı yazı ilə tanış deyil. “Yazı ilə tanış olub, araşdırma apardıqdan sonra münasibət bildiriləcək”, – deyə Orxan Mansurzadə əlavə edib.

Qeyd edək ki, Avropa Məhkəməsi onların saqqalının polis bölməsində qırxılıb-qırxılmaması ilə bağlı Konvensiyanın 3-cü maddəsinin (işgəncəyə məruz qalmamaq hüququ) pozuntusu və saqqallı fotoşəkillə şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı Konvensiyanın 9-cu maddəsi (vicdan azadlığı) Azərbaycan hökümətinə suallar ünvanlayıb.

Anar

Gununsesi.info