Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

17 Oktyabr 2017 - 10:10

“Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” günü ilə bağlı tədbir keçriləcək

insan alveri

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) oktyabrın 18-də “Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” günüylə bağlı tədbir keçirəcək. 

BMT-dən Gununsesi.info-ya verdiyi məlumata görə, tədbirin başlıca məqsədi insan alveri və onun nəticələrinin geniş auditoriyanın diqqətinə çatdırılması, eləcə də insan alverinin aradan qaldırılmasına yönəlik Aİ strategiyasına, həmçinin həssas vəziyyətdə olan şəxslərin və miqrantların fundamental haqlarına dair məlumatlılığının artırılmasıdır. Panel müzakirələr şəklində keçiriləcək tədbirdə, dəvət olunmuş beynəlxalq və yerli ekspertlər insan alverinə qarşı mübarizə istiqamətində mövcud təcrübələrini bölüşəcəklər.

Sözügedən tədbir hazırda BMqT tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində keçirilir. Layihə hərtərəfli və çox istiqamətli yanaşma tətbiq etməklə insan alverinə qarşı mübarizədə və bununla da transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan Hökumətini dəstəkləmək məqsədi daşıyır. Tədbir zamanı açılış nitqləri ilə Aİ Nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas, Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə mübarizə üzrə baş idarəsinin rəisi polis polkovniki Heydərov Heydər və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak çıxış edəcəkdir.

Tədbirə nazirlik və dövlət idarələrinin yüksək rütbəli rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri, BMT agentlikləri və Bakıda yerləşən digər beynəlxalq təşkilatların nümayəndələri qatılacaq.

Gülnaz Qənbərli

Gununsesi.info





loading...