Avropa Komissiyasının ofisi qarşısında Xocalı soyqırımı ilə bağlı mitinq keçirilib - FOTOLAR

  • By admin
  • 24 Fevral 2017 17:43
aflatun-1
Brüsseldə Avropa Komissiyasının ofisi qarşısında Xocalı soyqırımı ilə bğlı mitinq keçirilib.
Bu barədə Gununsesi. info –ya millət vəkili Əflatun Amaşov məlumat verib. 
Onun sözlərinə görə, fevralın 24-də  Brüsseldə Avropa Komissiyasının binası qarşısında  Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı  mitinq təşkil olunub.
Mitinqdə  Belçikada fəaliyyət göstərən Azərbaycan diasporu ilə yanaşı, Türk, qazax və digər  türkdilli və müsəlman ölkələrin diaspor nümayəndələri iştirak edib.
aflatun-2
Mitinqdə  ermənilərin  20-ci əsrin sonlarında  insanlığa qarşı törətdiyi dəhşətli cinayət hadisəs sayılan Xocalı soyqrırmı ilə bağlı məlumat verilib. 
Aksiyada  çıxış edənlər beynəlxaql aləmi və təşkilatları ermənilərin insanlığa qarşı törətdiyi bu vəhşiliklərə  indiyədək hüquqi və siyasi qiymət verməməkdə qınayıb.
Onların bu məsələdə sərgilədiyi laqeyd münasibəti qətiyyətlə pisləyib,  Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməsi ilə yanaşı, soyqrımı hadisəsində iştirak edən cinayətkarların  cəzalandırılmasını tələb ediblər.
aflatun-3
Mürtəza
Gununsesi.info