Avropa Liqasının finalı Bakıda keçiriləcək – Təsdiqləndi

  • By admin
  • 20 Sentyabr 2017 19:53

olimpiya_stadionu_280615
2019-cu ildə UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Final matçı 2019-cu il mayın 29-da oynanılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə qərar sentyabrın 20-də UEFA İcraiyyə Komitəsinin Cenevrənin Nyon şəhərində keçirilən iclasında açıqlanıb.

Qitənin ali futbol qurumunun İcraiyyə Komitəsinin 13-cü növbədənkənar konqresi çərçivəsində keçirilən iclasda UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçlarına ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb.

UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi uğrunda Bakı Olimpiya Stadionunun rəqibi olan “Atletiko Madrid” klubunun “Vanda Metropolitano” stadionu qalib gəlib. Qərara əsasən, Bakı Olimpiya Stadionu UEFA Avropa Liqasının final matçına ev sahibliyi edəcək.

 

Gununsesi.info