“Avropa Məhkəməsinin presedent hüququnun məcburiliyini tanısaq da buna əməl etmirik” - PƏRVİZ HƏŞİMLİ

  • By admin
  • 17 Fevral 2017 17:26
 
Avropa Şurasına üzvlüyümüzdən və Avropa Konvesniyasını ratifkasiyasından sonra Azərbaycan dövlətinin  Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiyliyinin tanınması haqqında qərarı var.
Ancaq ötən dövrün təcrübəsi göstərir ki, eyni hallar üzrə bir neçə qərarlar çıxarılsa da məhkəmələr  sərbəst toplaşma, ədalətli məhkəmə araşdırması hüquqları ilə bağlı şikayətlərdə obyektivliyi təmin etmir. 
Elə iki gün əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi bir neçə siyasi fəalən şikayəti üzrə Azərbaycan əleyhinə bir neçə qərar çıxarıb.
Gununsesi.info xəbər verir ki, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri, keçmiş vicdan məhbusu Pərviz Həşimli hesab edir ki, ölkə əyehinə eyni hallar üzrə bir neçə qrarın çıxarılması məhkəmə sistemindəki mənzərəni ortaya qoyur:
“Azərbaycan «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.  Bu Ali Məhkəmə Plenumunun 2006-ci ilədki qərarı ilə təsbit olunub. Həmin qərara görə, İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir.
Məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.  Təəssüf ki, biz bunun şahidi olmuruq. Bu həm də dövlətin büdcəsi üçün itki deməkdir. Ona görə də müvafiq icra hakimiyyəti orqanları öz fəaliyyətlərində, habelə məhkəmələr də öz qərarlarında buna ciddi önəm verməlidir”.
Gununsesi.info