Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

12 Oktyabr 2017 - 22:48

Avropa Şurası bizdən nə istəyir?-PƏRVİZ HƏŞİMLİ YAZIR

perviz1

BƏLKƏ, ÖHDƏLİKLƏRİMİZİ XATIRLAYAQ!

Hələ, bir neçə gün bundan öncə AzTV başda olmaqla, ölkənin  bütün KİV-ləri Avropa Şurası əleyhinə kampaniyaya start verərkən, AŞ PA-dan belə bir sərt qətnamənin gəlişini yəqin etmişdi. Gözlənildiyi kimi də oldu: Avropa Şurasına üzv dövlətləri təmsil edən parlamentarilər Azərbaycanla bağlı iki qətnamə qəbul etdi.Həmin sənədlərdə Azərbaycanda insan hüquqlarının mövcud durumu təsvir edilməklə yanaşı, hökumət qarşısında bir sıra tələblər qoyulub.

Əvvəlki illərdə Azərbaycan rəsmiləri ölkəmizlə bağlı tənqidi hesabat və sənədləri müzakirə etməyə, orada əks olunanları araşdırılmasına hazır olduğunu deyirdi. Ancaq son illər bu siyasət dəyişib və bütün tənqidlər, qaldırılan problemlər birmənalı inkar edilir.

Gəlin görək, Avropa Şurası bizdən nə istəyir…

Bu qurumun yaranması və fəaliyyət prinsiplərində əsas məqsəd üzv dövlətlərdə insan hüquq və əsas azadlıqlarının monitorinqi, onun təmin olunmasına sadiqlikdir.

Azərbaycanı da bu quruma kimsə zorla daxil etməyib. Ölkəmiz Avropa Şurasına üzv olarkən, üzərinə mühüm öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Azərbaycan dövləti tərəfindən tanınması barədədir.

Hətta Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyinin Azərbaycan dövləti tərəfindən tanınmasına dair ayrıca Qərar qəbul edib.

Ali Məhkəmə Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Qərarında da qeyd olunur ki, Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azadlıqların təmininə sadiqliyin ifadəsidir.

Avropa Şurasının bizdən istədiyi də budur. İlqar Məmmədovla və digər şəxslərlə bağlı Avropa Məhkəməsinin qərarı niyə icra olunmur? Nəzərə alsaq ki, bu qərarın icrası üçün Avropa Şurasının rəhbərliyi illərdir ki, səbr nümayiş etdirir.

Həmin sənəddə Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatına dair müddəa var. Azərbaycanda məhkəmə dəhşətlərini yaşamış bir şəxs olaraq, bunu daha yaxşı görürəm.

Hətta Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində mütəşəkkil cinayatkar qruplaşma yaradan Eldar Mahmudovun məhkəmə sisteminə yeritdiyi və onların əliylə yüzlərlə vətəndaşın taleyin məhv etməsinə dair saysız faktlar var.

İllərlə MTN-nin sifarişləri ilə hökmlər çıxaran novruz kərimovlar, ənvər seyidovlar bu gün də hakim kimi qalırsa, hansı ədalət mühakiməsinin həyata keçirilməsindən danışmaq olar.

Bu gün kimi inandırmaq olar ki, ədalətsizliyə etiraz olaraq, müstəntiq postundan istefa verən Rüfət Səfərov cinayət törədib.

Əgər iddia olunduğu kimi ölkədə məhkəmələr müstəqildirsə, sual yaranır: Nədən, siyasi fəalların, jurnalistlərin məhkəmə prosesində verilən 20-30 vəsatətdən biri də qəbul olunmur? Nəzərə alsaq ki, həmin şəxsləri ölkənin ən populyar vəkilləri müdafiə edir, o zaman onların yazdığı vəsatətlərin həm milli qanunvericiliyə, həm də konvensiyaya uyğunluğu şübhə doğurmur. Ən əsası Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlarında ən çox Konvensiyanın 6-cı (Ədalətli mühakimə hüququ) maddəsinin pozuntusunu göstərir.

Azərbaycanla bağlı tənqidlərə verilən cavablarında “bir milyon-qaçqın köçkünün hüquqularından niyə danışılmır” iddiaları da var.

Bu barədə bəyanat verən həmvətənlilərimə xatırlatmaq yerinə düşər ki, hökumətlər Avropa Şurasında öz vətəndaşlarının hüquq və azadlıqlarına dair öhdəliyə imza atıb. Ona görə də insan hüquqlarına görə, hökumətlərin tənqid olunması təbiidir.

Biz erməni işğalından əziyyət çəkən ölkəyik. Avropa Şurası da o təşkilatdır ki, bir neçə il əvvəl özünün qətnamələri ilə Azərbaycan ərazilərinin işğal olunmasını təsdiqləyib.

Bu gün Avropa Şurasına qarşı kampaniya aparmaq Qarabagla bağlı siyasətimizdə də bizi uduzduracaq. 50-yə yaxın inkişaf etmiş dövlətin qulağının eşitdiyi, gözünün gördüyü bir tribunadan məhrum olmaq ağır olacaq.

Odur ki, islahatlar və siyasi məhbus probleminin həlli üçün addımlar atılmalıdır.

per...

Pərviz Həşimli

Keçmiş vicdan məhbusu





loading...