“Avropa Şurası bizi üzvlükdən çıxarsa, o zaman…” - FAZİL MUSTAFA

  • By admin
  • 20 Oktyabr 2017 12:50

fazil-mustafa

“Bizim mülki məsələlərlə bağlı məhkəmə qərarlarının icrasında problem var. Biz xırda məsələləri özümüz həll etməliyik. Bunlara Avropa Şurası neyləsin?”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Fazil Mustafa Azərbaycanın Avropa Şurasından çıxmasını təklif edən bəzi deputatların çıxışına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu cür çıxışlar zamanı diqqətli olmaq lazımdır: “Avropa Şurası bizi üzvlükdən çıxarsa, o zaman fakt qarşısında qalıb çıxışlar edə bilərik. Mənə bu yaxınlarda bir vətəndaş müraciət etmişdi. Dəhşətlidir, təsəvvür edin ki, Ali Məhkəmə vətəndaşın mülkiyyət hüququnu tanıyaraq mənzilin boşaladılması barədə qərar çıxarıb. Sonra iş icraya yönəldilib. 2 saylı İnzibati İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb və qərarın icrasını dayandırıb. Buna Avropa Şurası neynəsin? Biz özümüz belə xırda məsələlərin həllinə nail ola bilmirik”.

Mürtəza

Gununsesi.info