XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

12 Oktyabr 2017 - 16:24

Avtomillərin idxal rüsumlarının artırılması nələr vəd edir?-EKSPERTLƏRİN RƏYİ

avtomobil

Azərbaycana gətirilən avtomobillərin idxal rüsumu artırıla bilər.

Gununsesi.info xəbər verir ki, bu haqda Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

A.Əliyev bunu yerli istehsala dəstək məqsədilə edəcəklərini qeyd edir: “Rüsumların artırılması üçün Neftçala Avtomobil Zavodu işə düşəndən sonra onun bazarda rəqabət qabiliyyəti yoxlanmalıdır. Azərbaycana avtomobil idxalı azalıb. Əvvəl bu rəqəm ildə 80-100 min idi. Gərək zavod işə düşsün və ondan sonra görək, idxal onun fəaliyyətinə mane olur, ya yox”.

Ümumiyyətlə, son 3-4  ildə nəqliyyat vasitələrinin idxalı dəfələrlə azalıb. Əlbəttə, bunun başlıca səbəblərindən biri “Avro-4” standartının tətbiqi idi. Bu müddət ərzində bazara isə yanlız Naxçıvanda Avtomobil  Zavodunun istehsal olunan NAZ “Lifan” markalı avtomobilləri daxil olub. Lakin zavodun rentabelliyi zəif olduğuna görə, fəaliyyəti qısa sürdü. Belə aydın olur ki, idxalın azalması belə yerli istehsalın rəqabətqabiliyyətliliyinə müsbət təsirini göstərə bilməyib.

Belə olan halda, yerli istehsalın bazarda davam gətirə bilməməsini, gömrük rüsumunu artırılacağı təqdirdə nələrin baş verəcəyini ekseptlərə şərh elətdirdik.

404662578

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov “Gununsesi.info”ya şərhində yerli istehsalın bazarın tələbatını ödəmək qabiliyyətində olduğunu düşünmür: “İndiyədək nəqliyyat sektorunda istehsal olunan məhsullar yerli bazarda yerini tuta bilməyib. Əgər dönüş yaratmağa çalışılırsa, o zaman həm say baxımdan, həm də keyfiyyət baxımından xarici avtomobillərlə müqayisədə rəqabətə dözümlü olmalıdırlar. Lakin bundan sonra idxal rüsumlarının qaldırılması məsələsi gündəmə gələ bilər. Indiki şəraitdə ciddi araşdırma aparmaq lazımdır”.

A.Allahverənov sözlərinə görə, rüsum dərəcələri artılımazdan öncə yerli bazardakı tələbat təhlil edilməlidir və balansın gözlənilməsi təmin olunmalıdır: “Əks halda bu proses qiymət artımına gətirib çıxara bilər. Bu gün nəqliyyat vasitələrinin qiymətləri vaxtaşırı dəyişilir. Gömrük rüsumları bu bahalaşmanı daha da sürətləndirə bilər”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki,vaxti ilə Naxçıvanda  NAZ Lifan, Şamaxıda “Azsamand” markalı avtomobillərı yığılırdı: “Buna istehsalı deməzdim. Çünki nəqliyyat vasitələrinin bütün ehtiyat hissələri xaricdən gətirilirdi və yerli zavodlarda yığılırdır. Bunu yerli istehsal adlandırmaq üçün, ehtiyat vasitələrinin ən azı 30 faizi Azərbaycanda istehsalı olunmalıdır.  Məsələnin digər tərəfi odur ki,  əvvəllər mövcud olan bu praktikada bazarın tələbatının ödənilməsi baxımından heç bir uğurlu nəticə əldə edə bilməyiblər”.

natiq

N.Cəfərlinin fikrincə, “Azsamand” və NAZ “Lifan” avtomobillərinin həm say baxımından az buraxılması, həm də qiymətlərinin baha olması bazarda rəqabətə davamlı ola bilmədi: “Ehtiyat hissələri xaricdən alındığına görə, nəqliyyat  vasitələrinin qiymətləri baha başa gəlirdir. Həmçinin keyfiyyətinə görə də problemlər yaşanırdı. Bu səbəbdən yerli istehsal adlanan bu avtomobillərin buraxılma sayına görə bazarda tələbatı ödəyə bilməyəcək, digər tərəfdən qiymət baxımından da xarici avtomobillərər uduzacaq.

Son iki ildə yerli istehsal dayanıb. Naz Lifanın istehsal göstəricisi ildə 800-900 ədəd avtomobil olub. Bu məhsulun ən böyül müştərisini Əmək və Əhalnin Sosial Müdafiə Nazirliyi olub. Əslində, satışda çox az olub. Azərbaycanda devalvasiyadan öncə  2012-2013-cü illərdə ilə 80 min avtomobil satılıb. Neftçalada 80 minlik tələbatının 800-1000-ni yığa biləcəklər.

Hökumət ümid edir ki, gömrük rüsumlarının artırılması ilə xarici maşınlar daha da bahalaşsın və bunun fonunda yerli avtomobillərə maraq artsın”.

Ekspertə görə, hökumətin belə bir qərarı istehlakçının ziyanına olacaq: “Bundan büdcəyə daxil olan vəsait artacaq. Amma ziyan istehlakçıya dəyəcək. Ona görə də, düşünmürəm ki, yerli istehsalın bazarı tutma perspektivi olsun. Bunun üçün şərait hələ ki, formaşalmayıb”.

N.Cəfərlinin sözlərinə görə, rüsumlarla bağlı qərarın avtomobil bazarına təsirinin ediləcək dəyişikliyin məbləğindən asılıdır: “Rüsumlar 10-15 faiz bahalaşacaqsa, bu avtomatik olaraq nəqliyyat vasitələrinin qiymətlərinə yansıyacaq”.

Vüsalə Rüstəmova

Gununsesi.info   




loading...
Loading...