XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018

13 Oktyabr 2017 - 21:24

Avtomobil piyadanı vurub

qeza_0235

Ucarda piyadanın  xəsarəti  ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün  axşam saatlarında şəhərin Heydər Əliyev prospektində   qeydə alınıb.

Ucar rayonun H. Əliyev küçəsi ev 21-də yaşayan,  1949-ci il təvəllüdlü Gülgəz İsgəndər qızı İsgəndərova müxtəlif  xəsarətlərlə Ucar Mərkəzi  Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib.  G. İsgəndərovanın sözlərinə görə, yolu keçmək istəyərkən onu,  “Mercedes” markalı minik maşını vuraraq hadisə yerindən qaçıb. Həkimlər yaralının vəziyyətinin stabil olduğunu deyirlər.

Faktla bağlı  Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info