Avtomobildən düşmək istəyən sürücünü başqa avtomobil vurdu

  • By admin
  • 21 Yanvar 2018 18:30

Göygöldə avtomobilindən düşmək istəyən Daşkəsən sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində baş verib.

Daşkəsən rayon sakini 1976-cı il təvəllüdlü Vüqar Alıyev öz minik avtomobilindən düşmək istəyən zaman hərəkətdə olan “QAZ” markalı avtomobil onun avtomobilinin qapısına çırpılıb.

Nəticədə V. Alıyev müxtəlif bədən xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən V. Alıyevin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info