Axtarışa verilən Azərbaycanın diaspor rəhbəri Avropaya qaçdı

  • By admin
  • 27 Fevral 2017 17:36

diaspor

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı keçmiş polis polkovniki, hazırda diaspor rəhbəri öz həmyerlilərinə qarşı korrupsiya və dələduzluqda ittiham olunub. Onun barəsində cinayət işi qaldırılsa da, Avropaya qaçıb.

Gununsesi.info azeuronews.com-a istinadən xəbər verir ki,  bu, uzun müddət Kazan polisində çalışmış, ehtiyatda olan polkovnik, Tatarıstan azərbaycanlıları Konqresinin sədr müavini Səfər Səfərovdur.

O, Azərbaycandan Tatarıstana işləməyə gedənlərə qarşı etibardan sui istifadə edərək adamları aldatmaqda, külli miqdarda maddi ziyan vurmaqda ittiham olunur. S. Səfərov Azərbaycandan gələnlərdən miqrasiya və digər məsələlər ilə bağlı sənəd düzəltmək adı ilə pasportlarını və külli miqdarda pullarını alıb, sonda aldadıb. Artıq bununla bağlı bir qrup azərbaycanlı səfirliyə və yerli hüquq mühafizə orqanlarına müraciət edib, hüquq mühafizə orqanları araşdırma aparan zaman S. Səfərov Hollandiyaya qaçıb.

Gununsesi.info