Axund məscidin minarəsində dünyasını dəyişdi - CƏSƏDİ KRANLA AŞAĞI ENDİRİLDİ (VİDEO+FOTO)

  • By admin
  • 08 Yanvar 2018 12:12

Türkiyənin Artvin vilayətində mikrofonu təmir etmək üçün çıxdığı minarədə infarkt keçirən məscidin axundu dünyasını dəyişib. 

Gununsesi.info “Haberler”ə istinadən xəbər verir ki, axund Özgen Gülün (49) aşağı düşmədiyini və çağırışa cavab vermədiyini görən vətəndaşlar öldüyünü təxmin ediblər.

Axundun cəsədi kranla saatlar sonra aşağıya endirilib.

Gununsesi.info