Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

19 Yanvar 2018 - 17:32

Ayaz Mütəllibovun mətbuat katibinə4 İL 6 AY HƏBS CƏZASI VERİLİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesi davam etdirilib. 

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda T.İbrahimovun vəkili çıxış edib. O, həbslə olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxslər isə mülki iddialarının təmin edilməsini istəyib.

T.İbrahimov son sözündə özünü təqsirsiz bildiyini deyib, hamıya təşəkkür edib.

Müşavirdən sonra hökm elan edilib. Hökmə əsasən, T.İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, T.İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub. \

Gununsesi.info