Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

21 Noyabr 2017 - 17:44

Aydın Mirzəzadə Təhsilə Yardım Fondunun yaradılmasınıTƏKLİF ETDİ

Millət vəkili Təhsilə Yardım Fondunun yaradılmasını təklif edir.

Gununsesi.info xəbər verir ki, bunu deputata Aydın Mirzəzadə parlamentdə büdcə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ali məktəblərdə təhsil alan tələbələrə təhsil krediti ayrılması üçün belə bir fondun yaradılmasına ehdiyac var: “Artıq belə bir praktika var. Necə ki, orduya yardım fondu fəaliyyət göstərir və bura  xeyli miqdarda vəsait toplanıb. Biz Təhsilə Yardım Fondunu yaratmaqla tələblərin kredit problemini həll etmiş olaraq”.

Deputat həmçinin, təkcə Bakıda deyil, eyni zamanda bölgələrdə, xüsusən də Mingəçevir, Lənkəran, Gəncə, Şirvan, Naxçıvan və digər şəhərlərdə sosial evlərin tikintisini təklif etdi.

Millət vəkili o cümkədən, şəhərdə tıxac problemini aradan qaldırmaq üçün hündürmərtəbəli avtodayanacaqların tikintisini təklif edib: “Sahibkarları bu işə sövq etmək üçün dayanacaq tikən sahibkarları vergidən azad etmək lazımdır. Çünki iş adamları deyir ki, dayanacağı tiksək də, ondan gəlir əldə etmək olmur. Bəlkə bəzi xarici ölkələrdə olduğu kimi dayanacaq tikən sahibkarlar dövlətə vergi yox, əksinə dövlət belə sahibkarlara yardım etsin”.

Mürtəza

Gununsesi.info





loading...