Aygün Kazımova türkiyəli müğənnilərdən şikayət etdi

  • By admin
  • 22 May 2017 20:10

aygun

 

Xalq artisti Aygün Kazımova mahnılarının türkiyəli müğənnilər tərəfindən oxunub, müəllifin anonim yazılmasına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində deyib ki, bu cür hallara əsəbiləşib:

“Türkiyəli müğənnilər tez-tez mahnılarımızı oxuyurlar. Elə rahat da anonim yazıb ki… Adamı yandırıb-yaxırlar. Amma yazıblar da, nə edək? Neşe və Gülden Karaböcek bacıları “İtkin gəlin” mahnımı oxuyub. Müəllifi isə anonim yazıblar. Bir şey edə bilmədik.

Yerli müğənnilər də mahnılarımı oxuyurlar, icazə də alırlar. Mahnını onu oxuyan ifaçı bitirməməlidir. Onu başqalarına oxumağa icazə verib, yaşatmalıdır. Bu yaxınlarda da mahnımı biri oxumuşdu, amma bəyənmədim. Bəstənin bəndi var, nəqarəti yox. Bu, düzgün deyil axı. Mənə və bəstəkara qarşı yanlışlıq edilib”.

 

Gununsesi.info