“Aygün” televiziyasının rəhbərinin oğlu çayda batdı -FOTO

  • By admin
  • 18 Avqust 2017 20:03

adilxan4

Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.

Gununsesi.info məlumat verir ki, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.

Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.

Gununsesi.info