Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017

16 Oktyabr 2017 - 11:42

“Azərbaycan ABŞ üçün mühüm ölkədir”- ROBERT SEKUTA

Robert Sekuta

“Biz əlaqələrimizdə neft-kimya sahəsinin də inkişafına təkan vermək istəyirik”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Cənub Qaz Dəhlizi layihəsinin dünya səviyyəsində mühüm layihələrdən biri olduğunu dilə gətirən səfir deyib ki, bu layihənin ümumi dəyəri 40 milyard dollar civarında qiymətləndirilir: “Biz əlaqələrimizdə daha geniş iqtisadi münasibətlər görürük. Ümid edirəm ki, bu görüş Azərbaycan iqtisadiyyatına mühüm töhfə verəcək. Azərbaycan ABŞ üçün mühüm ölkədir”.

Səfir əlavə edib ki, Azərbaycanın Rusiya və İranla sərhəd ölkə olması nəqliyyat sahəsində mühüm ölkəyə çevrilməsinə geniş imkanlar yaradır. “Biz əlaqələrimizdə neft-kimya sahəsinin də inkişafına təkan vermək istəyirik. Ümid edirəm ki, bu görüşdə biznes nümayəndələri əməkdaşlığımızı necə inkişaf etdirmək və Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə necə kömək edə biləcəklərinin yollarını tapacaqlar”- deyə, amerikalı diplomat bildirib.

Azərbaycan-ABŞ biznes forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, 2017-ci ilin 8 ayı ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 7% artaraq 416 milyon dollara çatıb. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr 25 illik tarixə malikdir: “Bu əlaqələr müxtəlif istiqamətlərdə hər zaman dinamik inkişaf edib. Həm enerji, həm də iqtisadiyyatın digər sahələri çərçivəsində mühüm əməkdaşlıq mövcuddur. İnvestisiya əməkdaşlığımız geniş spektrə malikdir. Bu gün ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır. Azərbaycanın da ABŞ-a əhəmiyyətli investisiyaları mövcuddur. Xüsusilə də bura Azərbaycan Dövlət Neft Fondunun investisiyalarını vurğulamaq lazımdır”.

Nazir müavini bildirib ki, bu gün Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir: “Bu gün dünyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Bu istiqamətdə potensialımızı genişləndirə biləcəyik və amerikalı tərəfdaşlarımızı bu işə dəvət edirik”.

Qeyd edək ki, Azərbaycan-ABŞ biznes forumunda sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrində olan 150-dən artıq sahibkar iştirak edib.

Mürtəza

Gununsesi.info





loading...