Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

18 Noyabr 2017

15 Sentyabr 2017 - 22:22

Azərbaycan ilə Gürcüstan arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub

a45f72e3-9229-4527-81af-009d5b7b499f

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə ölkələrimizin qanunverici orqanları, eləcə də xalqlarımız arasında dostluq əlaqələrinin, iqtisadi, mədəni, turizm, elm və təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bildirilib ki, bu gün Gürcüstan universitetlərində 3000-ə yaxın tələbə təhsil alır. Bu ölkədə fəaliyyət göstərən 130-a yaxın ümumtəhsil məktəbində minlərlə azərbaycanlı şagird təhsil alır. Onların normal təhsil almaları üçün hər cür şərait yaradılıb.
Qubernator deyib ki, Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşılıq səviyyəsinə yüksəlməsi münasibətlərin genişlənməsində mühüm rol oynayıb: “Ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik”.
Əflatun Amaşov bildirib ki, Azərbaycan dövləti və parlamenti Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir: “Bu gün əlaqələrimizin inkişafında dostluq qrupları mühüm rol oynayırlar. Deputat ölkələrimiz arasında turizm və təhsil sahəsində əlaqələrin inkişafı ilə əlaqədar qarşılıqlı səfərlərin, birgə seminar və konfransların təşkilinin vacibliyini qeyd edib”.
“Biz də öz növbəmizdə dostluq əlaqələrimizin inkişafına çalışacağıq”- deyə, Amaşov vurğulayıb.
Görüşdə, qubernatorun müavini Zaur Darğallı və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə iştirak ediblər.

 

Gununsesi.info





loading...