Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

22 Oktyabr 2017 - 10:31

Azərbaycan pambığının keyfiyyəti hansı səviyyədədir?- EKSPERT RƏYİ

cotton field in contrast with blue sky

Azərbaycan pambığının keyfiyyəti yerli tekstil sənayesinin tələblərinə cavab verir.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə Tekstil məhsullarının istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri Mehriban Axundova deyib.

Onun sözlərinə görə, 2017-ci ildə pambıq məhsulunun keyfiyyəti ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb: “2017-ci il məhsulu üzrə ilkin nəticələr onu göstərir ki, pambıqçılığa dövlət dəstəyi proqramı həm məhsulun həcminə, həm də xammalın keyfiyyətinə öz təsirini göstərib”.

Assosiasiya sədri daha sonra qeyd edib ki, bu il innovativ üsullar tətbiq olunub: “Bu il innovativ üsullar tətbiq olunub, yeni sortlar istifadə edilib. Hələlik nəsə demək tezdir, amma ilkin nəticələr məhsulun 3 dəfə artacağını proqnozlaşdırmağa imkan verir”.

Qeyd edək ki, bu il Azərbaycanda pambıq tədarükü ötən illə müqayisədə 5,9 dəfə, pambıq sahələri isə 2,7 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu il 136413 hektar sahəyə pambıq əkilib, qəbul məntəqələrinə təhvil verilən pambığın miqdarı isə 41863 ton olub.

Ən çox pambıq isə bu il Saatlıda (8334 ton) tədarük olunub.

Gununsesi.info





loading...