Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

17 Avqust 2017 - 17:18

Azərbaycan Polşa münasibətləri müzakirə olundu

photo_105466

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin müavini Jan Dziedziczakı qəbul edib.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Polşa arasında münasibətlərin hazırkı səviyyəsinə nəzər salınıb və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin iyununda Polşaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edib. Polşanın Azərbaycanın mühüm tərəfdaşlarından olduğunu deyən Elmar Məmmədyarov iki ölkə arasında iqtisadiyyat, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Həmçinin, nazir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafından danışıb və Polşanın Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişi dəstəkləməsinin təqdir edildiyi bildirib.

Jan Dziedziczak Azərbaycanın və paytaxt Bakının inkişafının yüksək təəssüratlar doğurduğunu qeyd edib. O, Azərbaycanın Birinci Avropa Oyunları, Formula 1 kimi mötəbər yarışların keçirildiyi məkan olduğunu bildirib və 41-ci Ümumdünya Skaut Konfransının Azərbaycanın ev sahibliyi ilə uğurla keçirildiyini diqqətə çatdırıb.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın məmnunluq doğurduğunu deyən nazir müavini BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən bu ilki seçkilərdə Polşanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışan və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Görüşdə ictimai diplomatiya və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulandı və razılığa gəlinib ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyinə dair birgə fəaliyyət proqramı hazırlansın.

Mürtəza

Gununsesi.info





loading...