Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017

14 Noyabr 2017 - 16:30

“Azərbaycan qadını hər zaman taleyüklü məsələlərin həllində aktiv rol oynayıb”- SEVİNC FƏTƏLİYEVA

Bu gün Azərbaycan qadını nəinki ölkənin daxili ictimai-siyasi həyatında, eyni zamanda beynəlxalq aləmdə də aktiv iştirakçı rolunda çıxış edir.

Bunu Gununses.info-ya açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan qadını hər zaman ölkənin ictimai həyatında taleyüklü məsələlərin həllində aktiv rol oynayıb və məsuliyyəti bölüşüb: “1991-ci ildə Azərbaycan müstəqilliyini ikinci dəfə əldə etdikdən və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qadınların ölkənin ictimai-siyasi prosesindəki iştirakına yeni təkan verildi. Ulu Öndər Heydər Əliyev qadınların ölkənin ictimai-siyasi həyatındakı roluna böyük önəm verdiyindən, bu sahəyə daha böyük diqqət yetirirdi və bu dövlət siyasətinin əsas prioritetlərini təşkil edirdi. Məhz onun rəhbərliyi altında Azərbaycan qadınının hüquqlarının daha etibarlı şəkildə müdafiə olunması, qadınların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətdə ardıcıl tədbirlər planı həyata keçirildi. Ulu Öndərin bu istiqamətdə həyata keçirdiyi siyasət çox keçmədən öz konkret bəhrəsini verdi. Belə ki, Azərbaycanda qadınların hüquqlarının  daha da etibarlı şəkildə təmin olunması məqsədi ilə müvafiq icra strukturları yaradılmaqla yanaşı, qanunvericilik müstəvisində də təkmil qanunvericilik bazası formalaşdırılmağa başlandı. Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətdində xüsusi addımlar atıldı. Bu proseslərin həyata keçməsində YAP müstəsna rol oynadı və yaxından iştirak etdi”.

S.Fətəliyeva bildirib ki, H.Əliyevin başlatdığı siyasəti davam etdirən  Azərbaycan prezidenti İlham Əliyev də Azərbaycan qadınına yüksək dəyər verərək, onların ölkənin ictimai-siyasi həyatında daha aktiv formada iştirak etməsinə və beynəlxalq aləmə inteqrasiyasına bütün şəraiti yaradıb: “Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan qadını öz bilik və bacarığını cəmiyyətdə realizə edərək layiqli yerini tutmaqla, cəmiyyətdə aparıcı bir qüvvəyə çevrildi. Bu gün Azərbaycan xanımının ali icra strukturlarında, qanunverici orqanda, yerli icra və özünüidarəetmə orqanlarında təmsilçiliyi artıb. Onların fəaliyyətinə geniş imkanlar yaradılıb. Artıq Azərbaycan qadını təkcə bir ana olaraq ailədə deyil, eyni zamanda cəmiyyətdə baş verən proseslərdə də yaxından iştirak edərək, ölkənin taleyüklü məsələlərinin həllində öz töhfəsini verməkdədir. Bu gün əminliklə demək olar ki, Azərbaycan qadını nəinki ölkə daxilində ictimai-siyasi proseslərdə aparıcı rola malikdir, eyni zamanda Azərbaycanın taleyüklü məsələlərinin, həqiqətlərinin dünyaya ictimaiyyətinə çatdırılmasında, problemlərinin həllində müstəsna rol oynamağa başlayıb. Və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və tanıdılması istiqamətindəki məsuliyyətin bir hissəsini öz çiyinlərinə götürərək irəli aparmaqdadır. Azərbaycan xanımı dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırıb, problemlərimizin həllinə nail olmaq istiqamətində yorulmadan fəaliyət göstərirlər, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil etməklə yanaşı, bu qurumların struktrularında yüksək vəzifədə təmsil olunurlar”.

Azərbaycan xanımının beynəlxalq aləmdə oynadığı roluna diqqət çəkən S.Fətəliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı buna misal çəkib: “Son illərdə Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində dünya ictimaiyyəti Azərbaycan haqqında geniş bilgi əldə etməklə yanaşı, haqlı mövqeyimizi dəstəkləyiblər. Bununla belə onun təşəbbüs və ideyaları ilə həyata keçirilən çoxsaylı tədbirlər nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmaqla, mövqeyini möhkəmləndirib. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu müstəsna xidmətləri təkcə ölkəmizdə deyil, artıq beynəlxalq aləmdə də dəyərləndirilməkdədir. O, təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrdə reallaşdırdığı mədəni, humanitar  layihələrlə Azərbaycanın beynəlxalq aləmdəki rolunu və əhəmiyətini birə-beş artırır. Bunu bir daha Azərbaycan xanımının beynəlxalq aləmdə oynadığı rolun bariz göstəricisi kimi qiymətləndirmək olar”.

Millət vəkili H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki roluna xüsusi olaraq diqqət çəkərək bildirib ki, məhz onun beynəlxalq aləmdəki fəaliyyəti nəticəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti ifşa olunub: “Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” kampaniyası öz bəhrəsini verib. Məhz onun bu istiqamətdə  yorulmadan apardığı fəaliyyət nəticəsndə dünyanın 20-dən artıq ölkəsi və parlamenti rəsmi olaraq Xocalını ermənilərin azərbacanlılara qarşı soyqırım siyasəti kimi tanıyıb və Ermənistanın işğalçılıq siyasətini pisləyib. Ermənistandan işğalçılıq siyasətinə son qoyulması tələb olunub.

Leyla Əliyeva təkcə Ermənistanın işğlaçılıq siyasətini deyil, digər sahələrdə də Azərbaycanın dünya miqyasında tanıdılmasında, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin peşəkar kadr kimi yetişməsində, yaşadıqları ölkələrin cəmiyytlərinə inteqrasiya olunmasında və orada güclü Azərbaycan diaspor təşkilatı kimi formalaşması istiqamətindəki fəaliyyətini bir nümunə kimi göstərmək olar”.

Millət vəkili əlavə edib ki, Azərbaycan xanımları beynəlxalq və regional təşkilatlarda aktiv iştirak edir və Azərbaycan həqiqətlərini, üzlədiyi problemləri nəinki dünya birliyinə çatdırılması, eyni zamanda onun  konkret həlli istiqamətində də öz səylərini göstərirlər: “Bu gün Azərbaycan xanımları Avropa Şurası Parlament Assambleyasında, ATƏT PA-da, NATO Pa-da, İƏT PA-da, MDB PA-da və digər qurumlarda ölkəmizi layiqincə təmsil edib, bu təşkilatın işlərində aktiv iştirak edirlər. Məhz bu aktiv fəaliyyətin nəticəsi olaraq azərbaycanlı xanımlar  beynəlxalq təşkilatların strukturlarında rəhbər vəzifələrdə təmsil olunurlar”.

Son olaraq S.Fətəliyeva bildirib ki, Azərbaycan xanımı Azərbaycan həqiqtələrinin və üzləşdiyi problemlərin dünyaya çatdırılmasında və həllində, dünyada öz layiqli yerini tutmasında daha aktiv rol oynayacaq: “YAP Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdəki siyasətini uğurla davam etdirəcək”.

Mürtəza Bünyadlı

Gununsesi.info





loading...