Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

12 Dekabr 2017 - 15:22

Azərbaycan Silahlı Qüvvələrində QHT və dini qurumların yaradılması və fəaliyyətiQADAĞAN EDİLİR

Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatları (QHT) və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 5-ci (Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri) maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Qanunun hazırda qüvvədə olan variantının müvafiq maddəsi isə belədir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.

Yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Gununsesi.info