Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

13 Dekabr 2017 - 14:10

Azərbaycan-Türkiyə-Avstriya dəmir yolları arasında memorandum imzalanıb- FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Erik Regterin və Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurtun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə üçtərəfli görüş keçirilib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də bu günlərdə açılış mərasimi olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.

Sonra qarşılıqlı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Görüşün sonunda “Azərbaycan Dəmir yolları” QSC, Türkiyə Dövlət Dəmir Yolları Daşımaçılıq şirkəti və “Avstriya Dəmir Yolları” Karqo Səhmdar Cəmiyyəti nümayəndələri arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum özündə Avropa ilə Çin, həmçinin MDB ölkələri arasında rəqabətədavamlı, yüksək tezlikli, intermodal dəmir yolu şəbəkəsini inkişaf etdirməyi ehtiva edir.

Gununsesi.info