Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

12 Yanvar 2018 - 17:54

Azərbaycana göndərilən bağlamalar gömrükdən buraxılmır

Xarici ölkələrdən Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan bir sıra şirkətlərin malları Azərbaycanın gömrük sərhədini keçə bilmir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Report-a həmin şirkətlərin müştəriləri məlumat veriblər.

Məlumata görə, qeyd edilən problem iki həftəyə yaxındır davam edir. Məsələni bu ilin əvvəlində forumlarda müzakirəyə çıxaran müştərilərə cavab verən “Camex” şirkəti bildirib ki, bu problem Azərbaycanın karqo şirkəti olan “Silkway”in sifarişlərinin çox olması ilə bağlıdır.

Azərbaycanda fəaliyyət göstərən “Barami” adlı şirkət isə öz müştərilərinə xəbərdarlıq edərək bildirib ki, məlum olmayan səbəblərdən Dövlət Gömrük Komitəsi (DGK) bağlamaları sərhəddən buraxmır:

“Bu səbəbdən də yüklərin çatdırılması gecikə bilər”.

Həmin şirkətdən bildirilib ki, DGK tərəfindən yüklərin hansı səbəbdən buraxmamasının izahı verilmir və növbəti həftədə problemin həlli gözlənilir.

Gununsesi.info