Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

22 Avqust 2017 - 15:48

Azərbaycanda 13 dövlət əmlakı özəlləşdirilib

herrac2

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac  keçirilib.

Gununsesi.info bunu Komitəyə istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Sumqayıt şəhərində yerləşən “Şəfəq kafesi”, İmişli rayonunda olan “Tərəvəz Anbarı”, Göyçaydakı “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi” aiddir. Qeyd edilməlidir ki, “Şəfəq kafesi”nin torpaq sahəsi 320 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 121 kv.m, “Tərəvəz Anbarının torpaq sahəsi 574 kv.m, ümumi faydalı sahəsi isə 2234 kv.m,  “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi”nin isə torpaq sahəsi 6452 kv.m, ümumi faydalı sahəsi 213 kv.m təşkil edir.

ƏMDK-dən xəbərlərində həmçinin qeyd edilir ki, regionlarda da hərraclar keçirilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 6 kiçik dövlət müəssisəsinin 3-ü İmişlidə, qalanları isə Göyçayda, Xaçmazda, Sumqayıtda yerləşir.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 3-ü paytaxtda, 2-si isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, digəri Nizami rayonunda yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsinin hər ikisi Mingəçevir şəhərindədir. Özəlləşdirilən əmlakların sahəsi 15  kv.m ilə 49 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri  Gəncə şəhərində yerləşən sahəsi 37 kv.m olan qeyri-yaşayış sahəsidir.

Özəlləşdirilən nəqliyyat vasitəsinin markaları isə Hyundai Sonata və QAZ-3307-dir. Avtomobillər müvafiq olaraq 2007-ci il və 2008-ci ilin buraxılışıdır.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, 2017-ci ildə 110 hərrac keçirilib. Xarici investorlarında özəlləşdirməyə cəlb edilməsi, hərraclara qatılması istiqamətində işlər aparılır. 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya, beynəlxalq konsaltinq şirkətinə, özəlləşdirmə prosesi, ölkədə mövcud olan investisiya mühiti, özəlləşdirmənin faydaları, üstünlükləri, hərraclar və digər məsələləri əhatə edən müraciətlər ünvanlanıb.

Vüsalə Rüstəmova

Gununsesi.info





loading...